Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Türkmənistan əlaqələrinin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm mesajlarla yadda qaldı.
Səfər çərçivəsində Azərbaycan və Türkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar, imzalanan sənədlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələn iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaratdı.
İki dövlət arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir. Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər tərəfdaşlığımızın inkişafını şərtləndirir.
Dövlətimizin Başçısı Cənab İlham Əliyev bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında siyasi etimad və qarşılıqlı fəaliyyət nəqliyyat-logistika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin əsas amilidir. Bildirilib ki, tərəflər mövcud yükdaşımalarının artırılması, yeni tranzit imkanlarının yaradılması və üçüncü ölkələrdən yük axınının cəlb edilməsi istiqamətində fəaliyyətin daha da əlaqələndirilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, nəqliyyat-logistika sahəsi gələcəkdə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri olacaqdır.
Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycan Türkmənistanın beynəlxalq arenada qazandığı uğurları yüksək qiymətləndirir və qardaş ölkənin nailiyyətlərinə sevinir. Dövlət başçısı qeyd edib ki, zəngin enerji ehtiyatlarına malik olan hər iki ölkə bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Sonda Türkmənistanın sosial-iqtisadi inkişafı, müasir infrastrukturun qurulması və turizm sahəsində əldə etdiyi uğurları xüsusi vurğulayaraq, bunların ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirən cənab İlham Əliyev Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun artmasını və neytrallıq siyasətini daim dəstəklədiyini qeyd edib.
Səfər çərçivəsində Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Elmin Məmmədov