PDF Oxu

Siyasət

  • 1 158

Milli Məclisin deputatı Heydər Əsədov seçiciləri ilə görüşüb

image

Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Daha sonra millət vəkili Heydər Əsədov Birinci Qarabağ müharibəsi şəhidi Şakir Abdullayev və Vətən müharibəsi şəhidi Amal Alışanlı ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili Vətən uğrunda misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Şəhidlərin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər