PDF Oxu

Siyasət

  • 697

Kiyev polisi Krımın Komitə sədrini həbs etdi - FOTO

image

2012-ci ildən bəri "Krım Muxtar Respublikasının Yanacaq, Energetika və İnnovasiya Siyasəti üzrə Respublika Komitəsinin sədri" vəzifəsini tutan 65 yaşlı Ukrayna vətəndaşı Sergey Kolobov Kiyevin polis əməkdaşları tərəfindən həbs olunub. İstintaq zamanı müəyyən edilib ki, yarımadanın işğalı zamanı Sergey Kolobov könüllü olaraq "Krım Respublikasının Yanacaq və Energetika Nazirliyi" adlanan qurumun rəhbəri olmağa razılıq verib və Rusiyanın işğal administrasiyasının bir hissəsi olub.

Prokurorlar qeyd edirlər ki, bu vəzifədə olarkən o, qanunsuz olaraq yaradılmış dövlət orqanının işini təşkil edib və həmçinin yarımadada yanacaq-enerji sektorunda düşmən siyasətinin qurulmasına töhfə verib. Şübhəli sonradan qondarma "nazirlik"dən istefa verib və işğal olunmuş Krımda Rusiyanın nəzarətində olan bir neçə səhmdar cəmiyyətinin "direktoru" kimi işləməyə davam edib.

2026-cı ildə keçmiş məmur Ukraynanın nəzarətində olan əraziyə gəlib və Kiyevdə məskunlaşıb (SBU qeyd edir ki, o, şəxsi səbəblərdən gəlib). Hüquq-mühafizə orqanlarının əməkdaşları onu tapıb və saxlayıblar.

Müvəqqəti yaşayış yerində axtarış zamanı Rusiya vətəndaşının beynəlxalq və daxili pasportları, eləcə də avadanlıqları müsadirə edilib.

Prokurorun tələbi ilə məhkəmə onun girovsuz məhkəməyəqədər həbs qətimkan tədbiri seçib. İstintaq davam edir.

İlham

Digər xəbərlər