PDF Oxu

Siyasət

  • 654

Putindən sonra da Rusiya qonşularına təhlükə yaradacaq- Tomas Nilssona FOTO

image

İsveç hərbi kəşfiyyatı hesab edir ki, Rusiya rejimi Vladimir Putinin hakimiyyəti bitdikdən sonra da uzun müddət qonşuları üçün təhlükə olaraq qalacaq. Bu barədə “European Pravda” nəşri İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilssona istinadən məlumat yayıb. Tomas Nilssona bildirib ki, biz bu böhranı müvəqqəti hesab etmirik. Rusiya öz yolunu seçib və geri dönüş yoxdur. Biz dərin, struktur və uzunmüddətli strateji qarşıdurmadayıq - sadəcə onu arzulaya bilmərik”.

O, həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı mübarizə aparmağa davam edir və rəsmilər dörd illik tammiqyaslı müharibənin iqtisadi artım və inflyasiyaya təsirini gizlətmək üçün statistikanı manipulyasiya edirlər.

Eyni zamanda, Nilsson qeyd edib ki, yaxın gələcəkdə Putin rejiminin sabitliyinə təhlükə yaradan heç nə yoxdur.

İlham

Digər xəbərlər