Ölkəmizdə həyata keçirilən islahatlar QHT sektorundan da yan keçmədi. QHT-lərin "bir pəncərə" prinsipi əsasında fəaliyyətinin təşkili, vətəndaş cəmiyyətinə göstərilən diqqət və qayğı dövlətimizin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir. Buna görə Dövlət Başçısına dərin minnətdarlığımızı bildiririk.
Son illərdə QHT Agentliyi tərəfindən vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm işlər görülüb. Yerli və beynəlxalq QHT-lərin bir araya gətirilməsi, türkdilli ölkələrin QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, "Global South NGO Platform" çərçivəsində qurulan əlaqələr, yeni layihələrin dəstəklənməsi və beynəlxalq təşəbbüslər Agentliyin uğurlu fəaliyyətinin göstəricisidir.
QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevanın rəhbərliyi dövründə sosial təşəbbüslərin və innovativ layihələrin dəstəklənməsi QHT sektorunun inkişafına mühüm təkan verib.
Mədəniyyətimizin, təhsilimizin, milli-mənəvi dəyərlərimizin, tariximizin, milli mətbəximizin və adət-ənənələrimizin təbliği, gənclərin fəallığının artırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənc QHT-lərin layihələrinə göstərilən dəstək yüksək qiymətləndirilməlidir. QHT Agentliyin və AMQF dəstəyi ilə həyata keçirilən uğurlu layihələr,COP29 və WUF13 çərçivəsində təşkil olunan pavilyonlar və panel müzakirələri Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq platformalarda uğurla təmsil olunmasına mühüm töhfə verib. Son günlər II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu da Azərbaycan vətəndaş cəmiyyətinin tarixində yaddaqalan hadisələrdən biri kimi qalacaq. Bu cür tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun artmasına və QHT-lər arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. QHT Agentliyinin İdarə Heyətinin sədri, sədr müavinləri və kollektivini təbrik edir, onlara yeni uğurlar arzulayıram.
Uğurlarınız daim bol olsun!
Vidadi Quliyev
"Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyinin sədri