Almaniyanın əsas nasist təşkilatlarından olan "Almaniya üçün Alternativ" partiyası qonşu dövlətləri, xüsusilə də özlərinə rəqib hesab etdikləri Fransanı, Niderlandı, Ukraynanı və digər dövlətləri sərt formada tənqid və təhdid edirlər. Faşist ideologiyasının əsas ideoloqlarından olan "Almaniya üçün Alternativ" partiyasının sədri Alisa Vaydelin bildirib ki, Fransa dövləti və hakimiyyəti Avropanın maraqlarına zidd siyasət yürütdüyünə görə, mütləq cəzasnı almalıdır. Onun sözlərinə görə, Fransasız Avropa daha gözəl ola bilər.
Zeliniskini də hədəfə alan nasist siysətçi qadın bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliyinə hücumları Almaniyanın təhlükəsizliyi üçün ciddi təhlükə yardır. Bu barədə Telegram kanalı Clash Report tərəfindən məlumat yayılıb.
Alisa Vaydelinin sözlərinə görə, Ukrayna siyasəti artıq Almaniya üçün təhlükəni artırıb. Bundan əlavə, Rusiya ərazisinə dron hücumları "böyük ayının gözünə isti dəmir soxmaq" kimidir.
"Dronların Rusiyanın dərinliyinə zərbələri kimi, daim böyük ayının gözünə isti dəmir soxub heç nə olmayacağını gözləmək olmaz", - deyə o bildirib.
İlham