PDF Oxu

Siyasət

  • 1 117

“Prezident İlham Əliyev - Böyük Qayıdışın memarı”

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər rayonunun 4 saylı Körpələr evi-uşaq bağçasında “Prezident İlham Əliyev - Böyük Qayıdışın memarı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış Proqramı” işğaldan azad edilmiş ərazilərin bərpasını, müasir şəhərsalma prinsiplərinin tətbiqini, sosial infrastrukturun qurulmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli şəkildə qayıdışını təmin edən mühüm dövlət proqramıdır.
Həbib Misirov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa olunan müasir şəhər və kəndlər, məktəblər, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, avtomobil yolları və digər sosial infrastruktur obyektləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və güclü dövlət idarəçiliyinin real nəticələridir.
Tədbirdə çıxış edən 4 saylı Körpələr evi-uşaq bağçasının direktoru, ərazi partiya təşkilatının sədri Aytən İmanova və digərləri Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir Azərbaycanın inkişafının əsasını təşkil edən siyasi kursdan bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın ən müasir şəhərsalma layihələrinin həyata keçirildiyi inkişaf məkanına çevrilməkdədir. Aytən İmanova, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil, mədəniyyət, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi layihələrin ölkənin sosial inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub.

Digər xəbərlər