Belarus Prezidenti Aleksandr Lukaşenko 28 nəfər ekstremist cinayətlərdə təqsirli bilinən 32 nəfərin əfv edilməsi barədə fərman imzalayıb. Bu barədə onun mətbuat xidmətinə yaxın olan "Pool Pervyi" Telegram kanalı məlumat verib.Ölkənin Müstəqillik Günü ərəfəsində imzalanan Fərmanda 20 qadın və 12 kişi yer alır. Qərar məhbuslara və onların ailələrinə qarşı humanizm prinsipinə əsaslanaraq qəbul edilib. Onların hamısı günahlarını etiraf etdikdən sonra əfv üçün müraciət ediblər.
Qeyd edək ki, bu ilin mart ayında Lukaşenko ABŞ-ın xüsusi elçisi Con Kol ilə danışıqlardan sonra bir neçə siyasi məhbusu əfv edib. Siyahıya siyasi bloqçu Eduard Palçis, insan haqları fəalı Anastasiya Loyko, jurnalist Katerina Andreyeva, keçmiş gömrük işçisi Nikolay Kulyaşov, fəal Kim Samusenko və etiraz aksiyalarında iştirak etdiklərinə görə məhkum edilmiş digər şəxslər daxil idi.
Daha əvvəl ABŞ Rusiya və Belarusdan beş məhbusun azadlığa buraxılmasına razılıq verib.
İlham