PDF Oxu

Siyasət

  • 502

YAP Qobustan rayon təşkilatında görüş keçirlib - FOTOLAR

image

YAP Qobustan rayon təşkilatında partiya veteranı Məsim Niftalıyevin 70 illik yubiley ilə bağlı görüş keçirilib. YAP Qobustan rayon təşkilatının əməkdaşı Həzərxan Nəbiyev görüşdə çıxış edərək Məsim Niftalıyevin həyat və fəaliyyətindən danışıb. Bildirilib ki, partiya veteranı Məsim Niftalıyev uzun illər kolxoz sistemində iqtisadçı,sonralar DSMF-nun Qobustan rayon şöbəsində müdir müavini vəzifələrində işləmiş və partiya sıralarına ilk qoşulanlardan biri olmuşdur.

Həzərxan Nəbiyev yubilyarı təbrik etmiş,YAP Qobustan rayon təşkilatı adından Fəxri Fərmanı və xatirə hədiyyəsini ona təqdim etmişdir. Məsim Niftalıyev və ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişlər.

Digər xəbərlər