PDF Oxu

Siyasət

  • 1 145

Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

image

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib.SİA xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Polis Şöbəsinin rəisi Rüstəm Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti və polis veteranları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlvə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Yevlax rayon Polis Şöbəsinin inizbati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbriki Yevlax rayon Polis Şöbəsinin şəxsi heyətinə çatdırılıb. Tədbirdə Azərbaycan polisinin keçdiyi tarixi inkişaf yoluna həsr olunmuş film nümayiş etdirilib.Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm xidmətlərindən danışıb. Bildirib ki, bu əlamətdar günün qeyd olunmasının əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəhər İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasəti bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında həyata keçirilən islahatlar polis xidmətinin daha da təkmilləşdirilməsinə, peşəkarlığın artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.Yevlax Rayon Polis Şöbəsinin rəisi, Polis Polkovniki Rüstəm Cəfərov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara məsuliyyətli xidmətlərində uğurlar arzulayıb, polis orqanlarına göstərilən yüksək dövlət qayğısına görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlığını ifadə edib, şəxsi heyətin bundan sonra da dövlətə, xalqa və qanunçuluğa sədaqətlə xidmət edəcəyini bildirib.Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onların dövlətə, xalqa və qanuna sədaqətlə xidmət etdiklərini, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynadıqlarını qeyd edib.Digər çıxış edənlər Azərbaycan Polisinin fəaliyyətini yüksək qiymətləndirərək şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.Yevlax rayon Polis Şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər