PDF Oxu

Siyasət

  • 566

Müasir Azərbaycanın inkişafı - FOTO

image

2 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi”, “Dəmiryolu işçiləri” və “Ağstafa şəhər Təhsil işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Müasir Azərbaycanın inkişafı” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, müasir Azərbaycan son illərdə bir çox sahədə mühüm inkişaf yolu keçmişdir. Ölkəmiz iqtisadi, sosial, mədəni və texnoloji sahələrdə həyata keçirilən islahatlar nəticəsində davamlı tərəqqiyə nail olmağa çalışır. İnfrastrukturun yenilənməsi, yeni yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikilməsi insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin direktoru Ramiz Nəsirov, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi” Ərazi Partiya Təşkilatının fəalı Uday Mustafazadə və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildiriblər ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolu ilə irəliləyən, müasir şəhərsalma və memarlıq sahəsində mühüm nailiyyətlər qazanan bir dövlətdir. Son illər ölkəmizin şəhər və rayonlarında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların, parkların və digər infrastruktur layihələrinin istifadəyə verilməsi dövlətimizin vətəndaş rifahına verdiyi önəmin bariz nümunəsidir. Qeyd olunub ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlər cəmiyyətimizdə bu sahəyə marağı daha da artıracaq, müasir Azərbaycanın davamlı inkişafına və yeni uğurlarına öz töhfəsini verəcəkdir.

Digər xəbərlər