PDF Oxu

Siyasət

  • 1 574

İlham Əliyev: Azərbaycan ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

image

Prezident İlham Əliyev Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini deyib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçısı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanladığı məktubda bildirib.

"Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq", - dövlət başçısı məktubunda qeyd edib.

Digər xəbərlər