PDF Oxu

Siyasət

  • 965

Milli Observatoriyanın yaradılmasından 7 il ötür

image

​Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrəMilli Observatoriyanın yaradılmasından 7 il ötür.

Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı iləyaradılan Observatoriya əmək, məşğulluq, sosial müdafiə və demoqrafiya sahələrində səmərəli idarəetmə qərarlarınınqəbuluna dəstək verən monitorinq, təhlil, tədqiqat və proqnozlaşdırma işlərini həyata keçirir.

Habelə qurum əmək bazarında strateji məşğulluqsahələrinin müəyyənləşdirilməsi üçün ardıcıl sorğular aparır. Ötən dövrdə 40 minədək respondentlə sorğular təşkil olunub, məzunların məşğulluq göstəricilərini ölçmək üçün 5 milyonadəkməlumat, əmək bazarının tələblərini öyrənmək üçün 300 mindənçox vakansiya təhlil edilib.

Observatoriyanın şəffaf sorğu prosesləri, etibarlı təhlilnümunələri və təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlubeynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək buistiqamətdə 3 beynəlxalq mükafata layiq görülüb.

Cənubi Qafqazda sorğu və araşdırmalar sahəsindəfəaliyyətinə görə İSO 20252:2019 standartına uyğunluğutəsdiqlənən ilk qurum olaraq Observatoriya son illərdə fərqliistiqamətlər üzrə 6 beynəlxalq İSO sertifikatı ilə təltif edilib.

Bu günlərdə isə Əmək Bazarı və Sosial Müdafiə Məsələləriüzrə Milli Observatoriya Böyük Britaniyanın The CPD Certification Service – CPD Sertifikatlaşdırma Xidməti tərəfindən 5 təlim proqramı üzrə beynəlxalq səviyyəli təlim qurumu kimi akkreditasiya olunub.

Digər xəbərlər