İyulun 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Qusar rayon təşkilatının yeni təyin olunmuş sədri Kamran Əmirov ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimindən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin işində iştirak edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sabiq sədri David İbramxəlilov, rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov və partiya veteranı Əliyulla Ağalarov çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, monolit siyasi təşkilat olduğunu bildiriblər.
Vurğulanıb ki, şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Sonra partiyanın Qusar rayon təşkilatının sədri Kamran Əmirov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Qusar rayon təşkilatına yeni təyin olunmuş sədr Kamran Əmirov göstərilən yüksək etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, bu etimadı doğrultmaq üçün böyük səylə çalışacağını vurğulamışdır.