PDF Oxu

Siyasət

  • 1 065

“Azərbaycanın xarici siyasət kursunda ABŞ ilə əlaqələr mühüm yer tutur” -ŞƏRH

image

“Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trumpa ünvanladığı təbrik məktubunda Azərbaycan–ABŞ münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin vurğulanması rəsmi Bakının Vaşinqtonla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.Onun sözlərinə görə, bu yanaşma iki ölkə arasında uzun illər ərzində formalaşmış tərəfdaşlıq münasibətlərinin qarşılıqlı hörmət, milli maraqların nəzərə alınması və konstruktiv dialoq prinsipləri əsasında inkişaf etdirilməsinə verilən önəmi əks etdirir:”Məktubda yer alan fikirlər Azərbaycanın xarici siyasət kursunda ABŞ ilə əlaqələrin mühüm yer tutduğunu və bu münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinin hədəfləndiyini göstərir.Sənəddə münasibətlərin müsbət dinamikasının qeyd olunması qarşıdakı dövrdə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətini də ortaya qoyur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu, regional və qlobal enerji layihələrində qazandığı təcrübə ABŞ ilə qarşılıqlı maraqların daha da güclənməsinə zəmin yaradır. Eyni zamanda, nəqliyyat-logistika marşrutlarının inkişafı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın perspektivləri də diqqət mərkəzindədir.Məktubda ifadə olunan mövqedən belə nəticə çıxarmaq olar ki, Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasını regional inkişafın əsas şərtlərindən biri hesab edir. Bu baxımdan ABŞ ilə aparılan siyasi dialoqun davam etdirilməsi, etimadın möhkəmləndirilməsi və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Regional təhlükəsizlik, terrorizmlə mübarizə, transmilli təhdidlərin qarşısının alınması və enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi kimi istiqamətlər də ikitərəfli münasibətlərin mühüm komponentlərindən hesab olunur.Bununla yanaşı, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, yüksək texnologiyalar, rəqəmsal transformasiya, yaşıl enerji və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycan–ABŞ münasibətlərinə yeni məzmun qazandıra bilər. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat kimi müasir istiqamətlər gələcək əməkdaşlığın perspektivli sahələri kimi qiymətləndirilir.Prezident İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubu təkcə diplomatik nəzakət nümunəsi deyil, həm də Azərbaycanın ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və daha yüksək səviyyəyə qaldırılması istiqamətində siyasi iradəsini nümayiş etdirən mühüm mesajdır. Məktubda səsləndirilən fikirlər iki ölkə arasında etibarlı tərəfdaşlığın möhkəmləndirilməsi, regional sülhün təşviqi, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli siyasi məna daşıyır”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər