İyulun 8-də YAP Samux rayon təşkilatında “Azərbaycan və Avropa Komissiyası arasında əməkdaşlığın yeni istiqamətləri!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Qeyd edib ki, Avropa Komissiyası ilə qarşılıqlı hörmət, bərabərhüquqluluq və ortaq maraqlara əsaslanan əməkdaşlıq münasibətləri son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.
Gündüz Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilib. Enerji, yaşıl keçid, nəqliyyat-logistika, rəqəmsal inkişaf, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi həm ölkəmizin, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Bildirilib ki, Azərbaycan etibarlı tərəfdaş kimi götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bu, beynəlxalq müstəvidə ölkəmizə olan etimadı daha da artırır.
Daha sonra tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının üzvü Elnaz Cəfərova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Tural Qurbanov və YAP Samux rayon təşkilatının fəal üzvü Aytən Əliyeva çıxış edərək Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini bildiriblər. Çıxışlarda ölkəmizin regional sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrdən, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən, eləcə də Avropa ilə münasibətlərdə yeni əməkdaşlıq istiqamətlərinin geniş perspektivlər açdığından bəhs olunub.