PDF Oxu

Siyasət

  • 925

Heydər Əliyev və azərbaycançılıq ideologiyası - FOTO

image

08 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət işçiləri”, “Ağstafa GEM” və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və milli ideologiyanın formalaşdırılmasında mühüm rol oynamış siyasi xadimdir. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqın milli birliyini, dövlət müstəqilliyini, vətənpərvərliyi və milli-mənəvi dəyərlərin qorunmasını əsas prinsip kimi qəbul edir.

Daha sonra çıxış edən natiqlər – “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının fəalları Göyçək Sadıxova, Zeynəb Abadova, Qönçə Hüseynova, “Ağstafa GEM” Ərazi Partiya Təşkilatının sədri Məhbubə Məmmədova, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə İsgəndərli və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildiriblər ki, bu gün də azərbaycançılıq ideologiyası Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Milli həmrəylik, müstəqilliyin qorunması, dövlətçilik ənənələrinin inkişafı və vətənə bağlılıq bu ideologiyanın əsas dəyərləri kimi qiymətləndirilir. Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası Azərbaycanın milli maraqlarının qorunmasına, cəmiyyətin birliyinin möhkəmlənməsinə və dövlətçiliyin inkişafına xidmət edən mühüm ideya sistemi kimi dəyərləndirilir.

Digər xəbərlər