PDF Oxu

Siyasət

  • 1 118

Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik - ŞƏRH

image

Azərbaycan uzun illər davam edən münaqişənin başa çatmasından sonra regionda davamlı sülhün təmin olunmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz rəsmi Bakının təşəbbüsləri nəticəsində sülh sazişi üzrə danışıqlar real məzmun qazanıb, tərəflər arasında etimadın formalaşması üçün mühüm addımlar atılıb. Bu proses yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır.Avropa İttifaqının bu prosesi diqqətlə izləməsi və Azərbaycanla siyasi dialoqu genişləndirməsi təsadüfi deyil. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik kimi məsələlər Avropa ilə Azərbaycanın strateji tərəfdaşlığını daha da möhkəmləndirir. Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.Prezident İlham Əliyevin bəyanatı bir daha nümayiş etdirir ki, Azərbaycan regionda qarşıdurmanın deyil, əməkdaşlığın tərəfdarıdır. Dayanıqlı sülhün əldə olunması, kommunikasiyaların açılması və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması həm region xalqlarının rifahına, həm də Avrasiyanın təhlükəsizlik sisteminə mühüm töhfə verəcək.Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisələrdən biridir. Bu addımlar tərəflərin qarşılıqlı öhdəliklərə sadiqliyini nümayiş etdirməklə yanaşı, regionda etimad mühitinin formalaşmasına da mühüm töhfə verir. Beynəlxalq tərəfdaşların bu prosesə verdiyi dəstək sülh gündəliyinin möhkəmlənməsinə əlavə stimul yaradır.

Regional təhlükəsizliyin möhkəmlənməsi Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri, Orta Dəhlizin inkişafı və Şərqlə Qərbi birləşdirən kommunikasiya xətlərinin genişləndirilməsi sülh şəraitində daha böyük iqtisadi səmərə verir. Sabitlik yeni investisiyaların cəlb edilməsinə, ticarət dövriyyəsinin artmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə əlverişli şərait yaradır.Normallaşma prosesi humanitar sahədə də yeni imkanlar açır. Qarşılıqlı etimadın möhkəmləndirilməsi, insanlar arasında əlaqələrin inkişafı və regional əməkdaşlıq təşəbbüslərinin genişlənməsi uzunmüddətli sülhün əsas dayaqlarından hesab olunur. Dayanıqlı sülh yalnız siyasi sənədlərlə deyil, eyni zamanda xalqlar arasında etimad mühitinin formalaşdırılması ilə mümkün olur.Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə qorumaqla yanaşı, dialoq və əməkdaşlıq platformalarının inkişafına da xüsusi önəm verir. Məhz bu balanslı siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırır və onu regionda sülhün, təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından birinə çevirir.Regional təhlükəsizlik məsələlərinin Avropa Komissiyası ilə keçirilən görüşlərdə geniş müzakirə olunması da Azərbaycanın Cənubi Qafqazın gələcəyi ilə bağlı həyata keçirdiyi siyasətə beynəlxalq marağın artdığını göstərir. Avropa İttifaqı üçün sabit və təhlükəsiz Cənubi Qafqaz enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin fəaliyyəti və iqtisadi əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan regionda etibarlı tərəfdaş və sabitləşdirici amil kimi çıxış edir.Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla irəliləməsi Cənubi Qafqazın gələcək inkişafı üçün yeni perspektivlər açır. Qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, sülh sazişinin həyata keçirilməsi, regional əməkdaşlığın genişlənməsi və beynəlxalq tərəfdaşların dəstəyi bölgədə davamlı təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri və prinsipial mövqeyi regionun qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevrilməsində həlledici rol oynamağa davam edir.

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər