PDF Oxu

Siyasət

  • 898

YAP Yardımlı rayon təşkilatında partiya fəalının 65 illik yubileyi qeyd olundu - FOTO

image

YAP Yardımlı rayon təşkilatının fəal üzvü, uzun illər Allar ərazi partiya təşkilatının sədri olmuş Caniyev Mirzəağa Zəki oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirildi.

Yubliyarı təbrik edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı. Anar Alışov bildirdi ki, Mirzəağa Caniyev uzun illər ərzində partiyanın fəaliyyətində yaxından iştirak etmiş, partiyanın ideyalarının təbliği və fəaliyyətinin gücləndirilməsi istiqamətində öz töhfələrini vermişdir. Mirzəağa Caniyevin yubileyinin qeyd olunması onun uzunillik fəaliyyətinə verilən dəyərin ifadəsidir.
Mirzəağa Caniyev ona göstərilən yüksək diqqət və qayğıya görə YAP-ın rəhbərliyinə dərin minnətdarlığını bildirib, gələcəkdə də partiyanın fəaliyyətində fəal iştirak edəcəyini vurğulayıb.
Tədbirdə yubilyara YAP Yardımlı rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.

Digər xəbərlər