PDF Oxu

Siyasət

  • 818

YAP Sədərək rayon təşkilatının yeni təyin olunmuş sədri Vüsalə Əliyeva ictimaiyyətə təqdim edilib

image

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, YAP Sədərək rayon təşkilatının sabiq sədri Arif Qasımov, partiya veteranları Hümbət Rzayev, və Vəfa Həsənova Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü və monolit siyasi təşkilat olduğunu deyiblər.
Vurğulanıb ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası regionun ən nüfuzlu siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə və qazanılan qələbələrdə xüsusi rol oynayır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib.
Sonra partiyanın Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva çıxış edərək göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyib.

Digər xəbərlər