PDF Oxu

Siyasət

  • 974

Kəngərlidə şəhid ailəsi ziyarət olunub - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva və təşkilatın əməkdaşları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid mayor İsmayılov Fuad Murad oğlunun Vətənə əmanəti olan övladı İsmayılov Yusif Fuad oğlunun doğum günü münasibətilə rayonun Qıvraq qəsəbəsində ailəsini ziyarət ediblər. YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva şəhidin övladı İsmayılov Yusif Fuad oğlunu doğum günü münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər