10 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Böyük Kəsik kənd”, “Sadıqlı kənd”, “Ağgöl kənd”, “Muğanlı kənd” və “Köçvəlili kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Müstəqil Azərbaycan İnkişaf və Tərəqqi Yolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirmiş, bir çox ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrini genişləndirmişdir. Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən iri layihələr ölkənin iqtisadi inkişafına və regionda strateji əhəmiyyətinin artmasına töhfə vermişdir.
Daha sonra çıxış edən natiqlər – partiya veteranı Aydın Qurbanov, Böyük Kəsik kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Rəşad Əfəndi və “Muğanlı kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Mustafa Əfəndiyev bildiriblər ki, müstəqil Azərbaycanın inkişaf yolu gənclərin bilik və bacarıqlarının artırılması, elm və innovasiyanın dəstəklənməsi ilə daha da güclənir. Gələcəyin uğurlu Azərbaycanı savadlı, vətənpərvər və məsuliyyətli gənclərin əməyi sayəsində qurulacaqdır. Müstəqillik Azərbaycanın ən böyük sərvətlərindən biridir. Onun qorunması, ölkənin davamlı inkişafı və tərəqqisi naminə hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti dərk etməli, Vətənimizin daha da güclənməsi üçün səylə çalışmalıdır.