"Hər bir dövlətin beynəlxalq aləmdəki nüfuzu onun daxili və xarici siyasətinin uğurunun əsas göstəricilərindən biridir".Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə,Azərbaycan müstəqillik qazandıqdan və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra beynəlxalq birliklə əlaqələrin inkişafına xüsusi önəm verildi:"İlk növbədə ölkə daxilində genişmiqyaslı islahatlar həyata keçirildi, vətəndaşların təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Paralel olaraq qonşu dövlətlərlə, beynəlxalq təşkilatlarla və Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrlə münasibətlər ardıcıl şəkildə inkişaf etdirildi.Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirərək Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirib. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət və milli maraqlar prinsiplərinə əsaslanan siyasət yürüdür.Azərbaycan bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən nüfuzlu ölkələrdən biri kimi qəbul olunur. Dövlətimiz müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir, regional və qlobal təşəbbüslərdə fəal iştirak edir.Bütün bunlar göstərir ki, Azərbaycan beynəlxalq arenada etibarlı, sabit və nüfuzlu dövlət kimi mövqeyini getdikcə daha da möhkəmləndirir".
Müəllif: Günel Fərzəliyeva