PDF Oxu

Siyasət

  • 436

Zakir Həsənov Türkiyədə azərbaycanlı məzunlara diplomlarını təqdim edib

image

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində burada hərbi təhsil alan azərbaycanlı məzunlara diplomlarını təqdim edib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin səfər çərçivəsində müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.

Sonda xatirə fotosu çəkdirilib

Digər xəbərlər