PDF Oxu

Siyasət

  • 1 017

"Tovuz döyüşləri – Zəfərin başlanğıcı" - FOTO

image

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin 6-cı ildönümü münasibətilə keçirilən anım tədbirinə bu başlıq seçilmişdi.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin , eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Çıxış edən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Həmidə Məmmədli, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Boladı kənd 1 nömrəli kitabxana filialının müdiri Könül İsmayılova, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurasının Lənkəran rayon şöbəsinin sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, "Lənkəran" qəzetinin redaktoru Əlimərdan Əliyev, "Qarabağ" ordenli şəhid Orxan Quluzadənin anası Fatma Quliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə baş mütəxəssisi, Vətən müharibəsi qazisi Rauf Salayev, "General qızı" romanının müəllifi, Lənkəran Dövlət Universitetinin tələbəsi Aynur İsmayıl Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən, qəhrəman Vətən oğullarının göstərdiyi şücaətdən danışıb, Vətən sevgisinin və milli birliyin önəmindən söhbət açıblar.
Həmçinin natiqlər onu da bildiriblər ki, Tovuz döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutmaqla 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərə aparan yolun başlanğıcı olub.
Tədbirin bədii hissəsində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri Kəmalə Məmmədova, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin məzunu Səbinə Əzimova Vətənə və şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər,
Tovuz döyüşləri qəhrəmanlarının əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad ediləcəyi bir daha vurğulanıb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər