13.07.2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “14 iyul 1969-cu il Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” münasibəti ilə rayonun gənc partiya fəallarının iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olundu.
Beyləqan rayon Heydər Əliyev Mərkəzində ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlər barədə məlumat verildi.
Daha sonra Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən filmə baxıldı.
Tədbir Yeni Azərbaycan partiyasının himni səsləndirildikdən sonra başa çatdı.