PDF Oxu

Siyasət

  • 586

Yardımlıda partiya fəalı Qabil Ağayevin 70 illik yubileyi qeyd olunub - FOTO

image

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında partiyanın fəal üzvü, rayonun tanınmış ziyalısı Ağayev Qabil Əlifağa oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.Görüşdə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov yubilyarı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. Anar Alışov bildirib ki, Qabil Ağayev uzun illər Yardımlı rayon Peşə məktəbinin direktoru kimi səmərəli fəaliyyət göstərərək peşə təhsilinin inkişafına, gənclərin vətənpərvərlik ruhunda formalaşmasına və rayonun ictimai həyatına mühüm töhfələr verib. Qeyd olunub ki, o, yüksək ziyalılığı, nümunəvi həyat yolu və cəmiyyət arasında qazandığı böyük nüfuz ilə seçilən şəxsiyyətlərdəndir. Rayon təşkilatının sədri Qabil Ağayevin Yeni Azərbaycan Partiyasındakı fəaliyyətini də yüksək qiymətləndirərək vurğulayıb ki, o, partiyanın həyata keçirdiyi ictimai-siyasi tədbirlərdə daim fəallıq nümayiş etdirib, keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin təbliğat-təşviqat kampaniyalarında yaxından iştirak edərək partiyanın ideyalarının təbliğinə layiqli töhfələr verib. Bildirilib ki, belə fədakar partiya üzvlərinin fəaliyyəti Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Sonda Anar Alışov Qabil Ağayevi Yeni Azərbaycan Partiyası tərəfindən 70 illik yubileyi münasibətilə fəxri fərman və qiymətli hədiyyə ilə təltif edib.

Qabil Ağayev ona göstərilən yüksək diqqət və ehtirama görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və Yardımlı rayon təşkilatına dərin təşəkkürünü bildirib. O, bundan sonra da Yeni Azərbaycan Partiyasının sıralarında fəal fəaliyyət göstərəcəyini, dövlətçilik ideyalarına və partiyanın prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafı naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğulayıb.

Görüş xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.

Digər xəbərlər