PDF Oxu

Siyasət

  • 1 014

“Media heç vaxt münaqişələri alovlandıran vasitəyə çevrilməməlidir” - Prezident

image

“Şuşada keçirilən Qlobal Media Forumu çox uğurlu təşəbbüsdür. Çünki bu forum müxtəlif ölkələrdən dövlət qurumlarının nümayəndələrini, media rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir”.SİA xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) Prezidenti Lətifə Axarbax deyib.O bildirib ki, forum çərçivəsində medianın və jurnalistikanın sülh mədəniyyətinin formalaşdırılmasına, sağlam ictimai mühitin yaradılmasına və münaqişələrin qarşısının alınmasına verə biləcəyi töhfələr geniş müzakirə olunur.Lətifə Axarbax qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışı dialoqun əhəmiyyətini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, media insanların dünyagörüşünü formalaşdıran əsas vasitələrdən biridir və rəqəmsal transformasiya dövründə bu sahədə daha məsuliyyətli yanaşmaya ehtiyac var.HACA Prezidenti vurğulayıb ki, etik prinsiplərə əsaslanan, sosial məsuliyyət daşıyan media mühitinin formalaşdırılması vacibdir. O bildirib ki, Şuşa Qlobal Media Forumu ortaq dəyərlərin və ümumi prinsiplərin formalaşdırılmasına töhfə verir və medianın heç vaxt münaqişələri alovlandıran vasitəyə çevrilməməsi mesajını beynəlxalq ictimaiyyətə çatdırır.Lətifə Axarbaxın sözlərinə görə, qütbləşmə, nifrət nitqi və qarşıdurmanın təşviqi bu gün bütün ölkələr üçün ciddi təhlükələrdən biridir. O hesab edir ki, forum sosial məsuliyyətə, etik dəyərlərə və peşəkarlığa əsaslanan media sistemlərinin inkişafı üçün beynəlxalq əməkdaşlıq imkanları yaradır.HACA Prezidenti əlavə edib ki, qlobal rəqəmsal platformaların ictimai diskursun formalaşmasına artan təsiri fonunda beynəlxalq səviyyədə daha effektiv idarəetmə mexanizmlərinin yaradılmasına ehtiyac var. Bununla yanaşı, söz azadlığı və sərbəst informasiya mübadiləsinin qorunmasının, eyni zamanda sülhü, qarşılıqlı hörməti və etik dəyərləri təşviq edən media mühitinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər