PDF Oxu

Siyasət

  • 1 169

“Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür” - DEPUTAT DANIŞDI

image

“Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Qarabağa növbəti səfəri bir daha nümayiş etdirdi ki, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq prosesi yeni inkişaf mərhələsinə yüksəlib. Bu gün Qarabağda təkcə şəhərlər və kəndlər yenidən qurulmur. Burada Azərbaycanın gələcəyi formalaşır, tarixi ədalət öz yerini tapır, milli-mənəvi dəyərlərimiz yenidən öz doğma məkanına qovuşur”.Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildiribOnun sözlərinə görə, Prezident cənab İlham Əliyevin Şuşaya, Xankəndiyə və Xocavəndə səfəri çərçivəsində iştirak etdiyi açılışlar, tanış olduğu layihələr və verdiyi yeni tapşırıqlar göstərir ki, Böyük Qayıdış Proqramı yüksək dinamika ilə davam edir:” Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin miqyası dünyanın aparıcı ekspertləri tərəfindən də xüsusi maraqla izlənilir. Müasir şəhərsalma prinsipləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, güclü infrastrukturun qurulması, iqtisadi fəallığın genişləndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, sosial obyektlərin istifadəyə verilməsi Azərbaycanın bu torpaqlara uzunmüddətli inkişaf baxışının real nəticələridir.Xankəndidə müşahidə olunan sürətli dəyişikliklər xüsusi diqqət çəkir. Uzun illər separatizmin mərkəzinə çevrilmiş bu şəhər bu gün Azərbaycanın dövlət idarəçiliyinin, sabitliyinin və inkişaf siyasətinin uğurlu nümunələrindən biri kimi yeni sima qazanır. Dövlət qurumlarının fəaliyyəti, abadlıq işləri, bərpa olunan ictimai məkanlar, canlanan sosial həyat və artan iqtisadi fəallıq bir daha sübut edir ki, Azərbaycan öz suverenliyini yalnız hərbi-siyasi müstəvidə yox, quruculuq, inkişaf və insan amilinə söykənən siyasəti ilə də möhkəmləndirir.Şuşada görkəmli tarzən Sadıqcanın ev-muzeyinin açılması isə xüsusi mənəvi əhəmiyyət daşıyır. Çünki Qarabağın dirçəlişi yalnız fiziki quruculuqla məhdudlaşmır. Tarixi irsimizin, milli yaddaşımızın, mədəni sərvətlərimizin və görkəmli şəxsiyyətlərimizin irsinin bərpası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İşğal illərində dağıdılmış abidələrin, məscidlərin, muzeylərin və tarixi tikililərin əvvəlki görkəminə qaytarılması xalqımızın öz köklərinə sadiqliyinin və dövlətimizin mədəni irsə verdiyi yüksək dəyərin bariz ifadəsidir.Qarabağda həyata keçirilən bu möhtəşəm quruculuq prosesi fonunda təəssüf doğuran məqamlardan biri də bəzi radikal müxalifət dairələrinin, xüsusilə Milli Şuranın sərgilədiyi mövqedir. Azərbaycanın tarixi Zəfərinin nəticəsi olaraq Qarabağda həyat yenidən canlanır, insanlar doğma yurdlarına qayıdır, şəhərlər müasir sima qazanır, mədəni irsimiz bərpa olunur. Belə bir mərhələdə milli maraqları üstün tutmaq hər bir siyasi qüvvənin məsuliyyətidir. Təəssüf ki, Milli Şura ölkəmizin bu böyük uğurlarını obyektiv qiymətləndirmək əvəzinə, qərəzli yanaşmanı üstün tutur. Halbuki Qarabağda görülən işlər hər gün göz önündədir və bu reallıq hər cür əsassız iddianın ən tutarlı cavabıdır.Prezident cənab İlham Əliyevin Qarabağa hər səfəri yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, görülən işlərə birbaşa nəzarətin, yeni strateji hədəflərin və dövlətimizin qətiyyətli siyasi iradəsinin ifadəsidir. Bu səfərlər nəticəsində verilən tapşırıqlar Qarabağın dirçəliş tempini daha da artırır, Böyük Qayıdış Proqramının ardıcıl icrasını təmin edir və bölgənin sosial-iqtisadi inkişafına yeni təkan verir.Xüsusi olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətini qeyd etmək istərdim. Son illərdə Şuşanın tarixi-mədəni irsinin qorunması, memarlıq abidələrinin, tarixi məhəllələrinin, muzeylərinin və görkəmli şəxsiyyətlərin evlərinin elmi əsaslarla bərpası istiqamətində həyata keçirilən işlər yüksək peşəkarlığın və dövlət qayğısının nümunəsidir. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı kimi yox, milli ruhumuzun, tariximizin və mənəvi dəyərlərimizin yaşadığı müqəddəs məkan kimi bütün dünyaya təqdim olunur.Əminəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə Cənubi Qafqazın ən inkişaf etmiş, ən müasir və ən cəlbedici bölgələrindən birinə çevriləcək. Bu gün Qarabağda yazılan tarix yalnız yenidənqurma salnaməsi yox, Azərbaycanın gücünün, qətiyyətinin, milli birliyinin və qalib dövlət iradəsinin parlaq təcəssümüdür”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər