PDF Oxu

Siyasət

  • 837

Müstəqilliyə və tərəqqiyə açılan yol - FOTOLAR

image

13 iyul 2026-cı il tarixində Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhərin mərkəzində yerləşən Heydər Əliyev Meydanında Ulu Öndərin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü münasibətilə "Müstəqilliyə və tərəqqiyə açılan yol" mövzusunda geniş sərgi təşkil olunub.

Sərgidə Ulu Öndər Heydər Əliyevin zəngin və çox şaxəli həyat yolu ilə yanaşı, onun misilsiz dövlətçilik fəaliyyətinə həsr olunmuş dəyərli kitablar, tarixi fotoşəkillər və mühüm sənədlər nümayiş etdirilib. Ekspozisiya ziyarətçilərə dahi şəxsiyyətin ölkəmizin inkişafı və müstəqilliyi naminə atdığı tarixi addımları yaxından izləmək imkanı yaradıb.

Keçirilən sərgiyə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, yerli sakinlər, həmçinin Lerik şəhərinə qonaq gələnlər iştirak ediblər. Ziyarətçilər nümayiş olunan materiallarla tanış olmaqla, həm də Ulu Öndərin əziz xatirəsini bir daha dərin ehtiramla anıblar.

Onu da bildirək ki, tədbir müasir Azərbaycan dövlətinin qurucusu dahi şəxsiyyətin irsinin gənc nəsil arasında təbliği, eləcə də milli-mənəvi dəyərlərin qorunması baxımından böyük əhəmiyyət daşıyıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər