İsrail Knesseti (parlament) qondarma "erməni soyqırımı"nın tanınması məsələsi üzrə səsverməni dayandırıb. Bu barədə JNS israilli məmura istinadən məlumat yayıb. Bildirilib ki, Knesset bu həftənin sonunda yay tətilinə çıxacaq və fəaliyyətini oktyabrın 27-nə təyin edilmiş milli seçkilərdən sonra bərpa edəcək.
Ötən ay İsrail hökuməti Osmanlı imperiyasında 1915-ci il hadisələrini "soyqırımı" kimi qiymətləndirmək təklifini təsdiqləyib. Azərbaycan XİN isə ciddi narahatlığını ifadə edib və İsraili bu qərara yenidən baxmağa çağırıb.
Mətləb