PDF Oxu

Siyasət

  • 1 212

"14 İyul 1969: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon Təşkilatında "Şəhərsalma və Memarlıq ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə "14 İyul 1969: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon Təşkilatı və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva qeyd edib ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf salnaməsində mühüm dönüş nöqtəsidir. Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ölkəmizin tərəqqisinin əsasını təşkil edib və bu siyasi kurs bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, iqtisadi inkişaf, güclü dövlət quruculuğu, milli həmrəylik və beynəlxalq nüfuzun artması bu uzaqgörən siyasətin real nəticələridir. Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdiyi, əldə olunan uğurların Ulu Öndərin ideyalarının təntənəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın birliyini, dövlətimizin gücünü və düzgün siyasi kursun uğurunu bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Zəfərin möhkəmləndirilməsi, azad olunmuş torpaqlarda həyatın bərpası və Böyük Qayıdış proqramının icrası Azərbaycanın gələcəyə inamla irəlilədiyini göstərən mühüm amillər kimi dəyərləndirilib. Gənc nəslin Heydər Əliyev irsinin öyrənilməsi və dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonra çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nihal Vəliyev vurğulayıb ki, Heydər Əliyevin zəngin siyasi irsi xalqımız üçün əbədi yol xəritəsidir. Onun əsasını qoyduğu dövlətçilik ənənələrinin müasir dövrdə uğurla yaşadıldığı, milli maraqların qətiyyətlə qorunduğu və Azərbaycanın regionda söz sahibi olan güclü dövlətə çevrildiyi qeyd edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Digər xəbərlər