PDF Oxu

Siyasət

  • 1 042

"Ermənistanın inkişafı Azərbaycan kimi etibarlı mənbəyə dayanır" - DEPUTAT DANIŞDI

image

"Azərbaycan xarici siyasətində hər zaman aydın vizyon nümayiş etdirib. Bu vizyon ondan ibarət idi ki, ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı heç bir güzəştimiz olmayacaq".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.Onun sözlərinə görə, BMT Təhlükəszilik Şurasına daxil olan güclər tərəfindən işğalla bağlı sənədlər qəbul edilmişdi, lakin nə bu sənədlər icra edilirdi, nə də reallığı görmək istəyirdilər:"Bu reallıqların görməzdən gəlinməsi, təəssüflər olsun ki, Co Baydenin hakimiyyəti dövründə də davam etdirildi. Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Bayden hakimiyyəti ilə bağlı bir sıra detalları yenidən diqqətə çatdırdı. Bir daha məlum oldu ki, Co Bayden də Qarabağ məsələsindən alət kimi istifadə edirdi.

Bunu həm Azərbaycana, həm də Ermənistana münasibətdə müşahidə edirdik.Bu baxımdan Co Bayden dönəmini son dərəcə mənfi xarakterizə edən dövlət başçımız həm də tarixi faktlar baxımından yaddaşları təzələdi ki, Bayden Azərbaycan əleyhinə qəbul edilən sənədlərin müəlliflərindən biri olub. Təbii ki, bu cür qarşıdurma mühiti yaratmaqla öz məqsədlərinə nail olmaq daha asan olurdu.Dövlət başçımız Co Bayden və Donald Tramp dönəmini müqayisəli təhlil etdi. Bu baxımdan cənab Trampın vizyonuna və təbiətinə diqqət çəkərək bildirdi ki, o, sülh imkanlarında maraqlıdır. Məhz elə bunun nəticəsidir ki, Cənubi Qafqazın artıq ortaq iqtisadi layihələrin mərkəzi olmasına başlanılıb.Bu istiqamətdə cənab Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın yanaşması üst-üstə düşür. Təbii ki, münasibətlərdə önəmli istiqamətlərdən birini 907-ci düzəlişin ləğvi tutur.Bu istiqamətdə son zamanlar ABŞ-nin yüksək səviyyəli məmurlarının ölkəmizə səfər etdiyinin şahidiyik. Bu səfərlər ondan xəbər verir ki, deməli, bu məsələ üzərində iş gedir. Dövlət başçımız həm də o məsələyə diqqət çəkdi ki, ABŞ-da Prezident Donald Trampın iştirakı ilə sülh sazişi imzalandıqdan sonra Azərbaycan Ermənistana məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı.Bu gün bir çox ölkələr yanacaq mənbələrinə çıxışdan əziyyət çəkir. Azərbaycan isə etibarlı tərəfdaş olduğunu həm ABŞ-yə, həm də Ermənistana göstərir. Yəni, daha dəqiq ifadə etsək, Ermənistanın inkişafı Azərbaycan kimi etibarlı mənbəyə dayanır. Ermənistan bunu düzgün dəyərləndirməli, düzgün hesablamalar etməlidir.Bir tərəfdə ABŞ-yə Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etdiyini göstərir, digət tərəfdə isə Ermənistanı həm də əlavə yükdən azad edirik ki, qazı və dizeli başqa istiqamətlərdə axtarmasınlar.Təbii ki, region olduqca münbit regiondur. Bu regionun potensialından düzgün istifadə olunarsa, Cənubi Qafqaz əməkdaşlıq məkanına çevrilə bilər. Region xalqları rifah içində yaşaya bilər.Vitse-prezident Vensin Azərbaycana səfəri, bu səfər çərçivəsində sənədlərin imzalanması olduqca mühüm əhəmiyyət kəsb edir. Elə bu baxımdan da dövlət başçımız hətta ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını bildirdi.
ABŞ dünyanın fövqəldövlətidir, ABŞ ilə ziddiyyətdən uzaq münasibətlərin dərinləşdirilməsi bütün region üçün müsbət ssenaridir.ABŞ ilə təhlükəsizlik, nəqliyyat daşımaları, enerji, logistika üzrə bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üzərində çalışılır. Sözügedən bu istiqamətlərin hər biri qlobal siyasətin və iqtisadiyyatın nəbzini tutmaq deməkdir. Bu da heç şübhəsiz ki, yeni imkanlar, güc, yeni əməkdaşlıqlar deməkdir".

Lətifə Musayeva

Digər xəbərlər