"Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfəri bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin növbəti nəticələrini nümayiş etdirir. Bu dəfəki səfər də Xankəndidə yeni otelin, Şuşada “Yasəmən” otelinin və bir sıra digər mühüm obyektlərin açılışı ilə yadda qaldı".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycan azad edilmiş ərazilərdə yenidənqurma və quruculuq işlərini sistemli, ardıcıl və planlı şəkildə həyata keçirir:"Prezidentin Qarabağa, Şuşaya, Xankəndiyə, Laçına və Şərqi Zəngəzurun digər bölgələrinə səfərləri hər dəfə yeni layihələrin təməlinin qoyulması, istifadəyə verilən obyektlərin açılışı, müasir yol-nəqliyyat infrastrukturunun, körpülərin, tunellərin və sosial obyektlərin istifadəyə verilməsi ilə əlamətdar olur.Bu proseslər Azərbaycanın Qarabağın dirçəldilməsinə nə qədər böyük önəm verdiyini, dövlət başçısının bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşdığını bir daha nümayiş etdirir.Artıq Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunan bölgə deyil, həm də beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkan kimi formalaşır. Bu gün həmin ərazilər turizm, diplomatiya, iqtisadi və humanitar əməkdaşlıq baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.Hazırda Qarabağda IV Qlobal Media Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi, müxtəlif idman yarışlarının və mədəniyyət layihələrinin təşkili bölgənin beynəlxalq nüfuzunu və cəlbediciliyini daha da artırır.Xankəndidə yeni otelin istifadəyə verilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu addım şəhərin turizm infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, Qarabağın ümumi turizm potensialının daha da güclənməsinə xidmət edir.Xüsusilə yay mövsümündə Şuşaya, Xankəndiyə, Kəlbəcərə və Laçına turist axınının artacağı gözlənilir. Yeni otellərin və digər turizm obyektlərinin istifadəyə verilməsi bu bölgələrin qonaq qəbul etmək imkanlarını genişləndirəcək və Qarabağın Azərbaycanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi prosesini daha da sürətləndirəcək.Bütün bunlar göstərir ki, Qarabağın bərpası və inkişafı uzunmüddətli dövlət strategiyasının mühüm tərkib hissəsidir və bu istiqamətdə həyata keçirilən layihələr bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək".
Müəllif: Günel Fərzəliyeva