PDF Oxu

Siyasət

  • 614

Ulu Öndərin irsi: dövlətçiliyimizin təməli

image

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi və Dövlət Rəsm Qalereyası birgə 14 İyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk dəfə gəlişinin ildönümü münasibətilə təşkil etdikləri "Ulu Öndərin İrsi: Dövlətçiliyimizin təməli" adlı tədbirdə əvvəlcə dövlət himnimiz səslənildi, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anıldı.
Çıxış edənlər bildirdilər ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən bir gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olmuş, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və Azərbaycanın tərəqqisinə mühüm töhfələr vermişdir.
Çıxışdan sonra "14 iyul 1969-cu il – Yüksəlişin Başlanğıcı" sənədli filmi nümayiş olundu.
Tədbirin sonunda Cəlilabad Dövlət Rəsm Qalereyasında dərnək üzvləri tərəfindən çəkilən və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərlərinə baxış keçirildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər