PDF Oxu

Siyasət

  • 721

“14 İyul 1969 –cu il Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” - FOTO

image

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının təşkilatçılığı ilə “14 İyul 1969 – cu il Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində dönüş nöqtəsidir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin hərtərəfli inkişafının əsası qoyulub, milli dövlətçilik ənənələri möhkəmləndirilib, iqtisadi, sosial, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edilib. Vüsalə Əliyeva vurğulayıb ki, müasir müstəqil Azərbaycanın qazandığı uğurların təməlində məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası dayanır və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən YAP Sədərək rayon təşkilatının əməkdaşı Rauf Nəcəfov bildirib ki, 1969-cu ildən başlanan inkişaf yolu Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlət institutlarının formalaşmasında və milli həmrəyliyin güclənməsində mühüm rol oynayıb. O qeyd edib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və bu gün ölkəmiz beynəlxalq aləmdə böyük nüfuza malikdir.
Tədbirdə çıxış edən YAP Sədərək rayon təşkilatının əməkdaşı Süleyman Tağıyev Ulu Öndərin xalq qarşısındakı tarixi xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev dövlətçiliyimizin xilaskarı və qurucusudur. O vurğulayıb ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursun uğurla davam etdirilməsi Azərbaycanın davamlı inkişafını və gələcək uğurlarını təmin edir.
Daha sonra çıxış edən partiya üzvü Əjdər Məmmədhəsənov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan daha da güclənir, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin daim yaşadılacağını, onun ideyalarının Azərbaycan Respublikasının inkişafına bundan sonra da xidmət edəcəyini bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni uğurlara imza atacağına əminliklərini ifadə ediblər.

Digər xəbərlər