PDF Oxu

Siyasət

  • 1 268

Şuşa qlobal siyasi, informasiya və media dialoqunun mərkəzinə çevrilir - ŞƏRH

image

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, bu şəhər artıq tarixi Zəfərimizin simvolu olmaqla yanaşı, həm də qlobal siyasi, informasiya və media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Bunu növbəti dəfə sübut edən "Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif regionlarından media rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini, analitikləri və ekspertləri yenə bir araya gətirmişdi. Forumda 53 ölkədən 160 nümayəndə, 30 beynəlxalq xəbər agentliyi, 60-dan artıq media qurumu və 10 beynəlxalq təşkilat iştirak edirdi. Son dörd ildə isə bu platforma 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul edib. Bu statistika Şuşa Forumunun beynəlxalq media təqvimində artıq nə qədər mühüm və özünəməxsus yer tutduğunu göstərir.Forumun ən mühüm hissəsi Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı media nümayəndələrinin suallarını açıq formatda cavablandırması oldu. Bir neçə saat davam edən dialoq zamanı dövlətimızın başçısı Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, enerji diplomatiyası, ABŞ, Avropa İttifaqı, Türkiyə, Yaxın Şərq, Orta dəhliz, süni intellekt, media, qlobal geosiyasi proseslər və s. barədə ətraflı fikirlərini bölüşdü.Forumda verilən ilk suallardan biri Azərbaycanın Avrasiya nəqliyyat sistemində rolu barədə oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan son onillikdə məqsədyönlü şəkildə fiziki infrastruktur yaradıb, qonşularla etibarlı münasibətlər qurub və bunun nəticəsində Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib.Bu gün Yaxın Şərqdə və digər regionlarda baş verən böhranlar fonunda Azərbaycanın coğrafi mövqeyi strateji xarakter alıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, gəmiqayırma sənayesinin inkişafı, Orta dəhlizin gücləndirilməsi və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin genişlənməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.Azərbaycan Prezidenti bildirdi ki, hazırda biz öz imkanlarımızı artırırıq: "Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq. Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir".Bu yanaşma Azərbaycanın artıq yalnız enerji ixrac edən dövlət deyil, həm də Avrasiyanın logistika və kommunikasiya qovşaqlarından biri kimi çıxış etdiyini göstərir.

Vasif Əliyev,

Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdir,YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər