PDF Oxu

Siyasət

  • 1 099

"Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı və strateji nəqliyyat qovşağıdır" - DEPUTAT

image

"Cənab Prezidentin Qlobal Media Forumunda səsləndirdiyi mühüm Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı və strateji nəqliyyat qovşağıdır.məqamlardan biri də ABŞ–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə bağlı idi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.Onun sözlərinə görə, bu münasibətlər Azərbaycanın dünya diplomatiyasında həyata keçirdiyi düşünülmüş, ardıcıl və milli maraqlara söykənən xarici siyasətin uğurlu nəticəsidir:"Bu gün Azərbaycan ABŞ da daxil olmaqla aparıcı güc mərkəzləri ilə konstruktiv əməkdaşlıq quraraq öz milli maraqlarını qoruyur və daha da möhkəmləndirir. Prezidentin çıxışında vurğulanan məqamlar da ABŞ–Azərbaycan əlaqələrinin qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini göstərir. Azərbaycanın milli maraqları baxımından böyük dövlətlərlə balanslı və qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulması xüsusi əhəmiyyət daşıyır.Diqqətçəkən məqamlardan biri də odur ki, beynəlxalq münasibətlərdə bir-biri ilə fikir ayrılığı yaşayan müxtəlif güc mərkəzləri Azərbaycanla əlaqələrə gəldikdə konstruktiv mövqe nümayiş etdirirlər. Bu isə Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuzun göstəricisidir. Ölkəmizin balanslaşdırılmış xarici siyasəti, hərbi-siyasi bloklara qoşulmaması və regional əməkdaşlığa verdiyi önəm Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib.Azərbaycan ABŞ, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, Avrasiya məkanı və digər beynəlxalq tərəfdaşlarla münasibətlərini qarşılıqlı hörmət və milli maraqlar əsasında tənzimləyir. Məhz bu siyasət nəticəsində müxtəlif geosiyasi mövqelərə malik dövlətlər Azərbaycana etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi yanaşırlar.ABŞ-ın da son dövrlərdə Azərbaycanla münasibətləri inkişaf etdirməyə xüsusi maraq göstərməsi təsadüfi deyil. Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi və geniş Avrasiya məkanında sabitlik yaradan, regional proseslərə təsir imkanlarına malik aparıcı dövlətdir. Bu gün regionla bağlı mühüm layihələrin və geosiyasi təşəbbüslərin Azərbaycan nəzərə alınmadan həyata keçirilməsi mümkün deyil.Eyni zamanda Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri, beynəlxalq nəqliyyat və logistika marşrutlarının kəsişdiyi mühüm strateji məkandır. ABŞ da Azərbaycanın bu geosiyasi və geoiqtisadi əhəmiyyətini yüksək qiymətləndirir və münasibətlərin inkişafına xüsusi önəm verir.Azərbaycanın ABŞ-la əməkdaşlığı heç bir regional ölkəyə qarşı yönəlməyib və bölgədə konstruktiv əməkdaşlığa maneə yaratmır. Əksinə, ölkəmizin xarici siyasətinin əsas üstünlüyü ondan ibarətdir ki, müxtəlif güc mərkəzləri ilə eyni vaxtda qarşılıqlı etimada əsaslanan münasibətlər qura bilir. Məhz buna görə də Azərbaycan beynəlxalq aləmdə etibarlı, sabit və məsuliyyətli tərəfdaş kimi qəbul olunur.Bu gün ABŞ da daxil olmaqla aparıcı dövlətlər Azərbaycanın strateji əhəmiyyətini, etibarlılığını və regional rolunu yüksək qiymətləndirir, ölkəmizlə münasibətləri qorumağa və daha da inkişaf etdirməyə çalışırlar. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və balanslaşdırılmış xarici siyasətin mühüm nəticələrindən biridir".

Lətifə Musayeva

Digər xəbərlər