PDF Oxu

Siyasət

  • 1 782

“Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” ilə bağlı tədbir keçirilib

image

Qəbələ şəhərində yerləşən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Akt zalında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ,"Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi tərəfindən həyata keçirilən "Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği" layihəsi çərçivəsində növbəti tədbiri keçirilmişdir.
SİA xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Əhməd Əhmədli İB-lik vəlayihə barədə tədbir iştirakçılarını məlumatlandırdı. İB-yin rəhbərliyini tədbir iştirakçılarına təqdim etdi. QMH İB-nin sədri Həsən Qarayev icra olunan layihə ilə bağlı ətraflı və geniş məlumat verdi. Layihə rəhbəri ermənilərin maddi-mədəni irsimizə qarşı törətdikləri vandalizm aktının bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət olduğunu bildirdi. Tədbirdə iştirak edənlərdən Qəbələ Mədəniyyət Evi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti rayon nümayəndələri, Kamran Qasımov və Nəcməddin Əliyev öz çıxışlarında Qəbələ rayonunda mədəni irs nümunələri barədə, həmçinin Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimiz barədə tədbir iştirakçılarını məlumatlandırdılar. Tədbirdə Qəbələ Dövlət PeşəTəhsil Mərkəzinin nümayəndəsi Reyhan xanım çıxışında erməni vandalizmi, ermənilərin vandalığı nəticəsində dağıdılmış maddi mədəniyyət nümunələrimiz barədə və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışdı . Qərbi Azərbaycan İcması Qəbələ rayon təşkilatının nümayəndəsi İsmayıl Hüseynov çıxışında erməni vandalizmi nəticəsində Qərbi Azərbaycanda dağıdılmış və yer üzündən silinmiş Azərbaycan milli -mədəni irs abidələri barədə geniş məzmunlu çıxış etdi. Tədbirdə çıxış edən digər iştirakçılar layihə barədə öz müsbət fikirlərini bildirdilər. Mövzunun müasir dövrdə aktual olduğunu və gələcəkdədə davamlı olmasını arzuladılar. Tədbir, tədbir iştirakçıları ilə diskusiya şəraitində davam etdi. Sonda İB-yin sədri Həsən Qarayev tədbirin təşkilində və keçirilməsinə göstərdikləri köməkliyə görə Qəbələ Rayon İcra Hakimiyyətinə , Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir, iştirakçılar ilə xatirə şəkli çəkdirilərək yekunlaşdı.

Digər xəbərlər