16 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatında partiya veteranlarının 70 illik yubileylərinin qeyd olunması münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Ordubad rayon təşkilatının kollektiv, yubilyarlar: Qaffarova Sevda, Seyidova Səadət, Sadiqli Zahid, Hüseynov Pamir, Qasımov Arzu iştirak ediblər. YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası haqqında, yubilyarların həyat və fəaliyyətləri haqqında ətraflı məlumat verib. E. İsmayılov partiya veteranlarını təbrik edərək, onlara xoş arzularını çatdırıb, hədiyyələr təqdim olunub.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyən partiya veteranları göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasnın sədri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirib, partiyaya fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Daha sonra çay süfrəsi arxasında partiya veteranının özlərinin həyat və fəaliyyəti haqqında xoş xatirələri dinlənilib. Xatirə şəkilləri çəkilib.