PDF Oxu

Siyasət

  • 1 050

“IV Şuşa Qlobal Media Forumu ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi” - ŞƏRH

image

Dövlət başçımızın IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər təkcə Azərbaycanın xarici siyasət prioritetlərini deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm mesajlar kimi qiymətləndirilməlidir.Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev SİA-ya açıqlamasında bildirib.Millət vəkilinin sözlərinə görə, artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya platforması kimi nüfuzunun ildən-ilə yüksəldiyini nümayiş etdirir. Dünyanın onlarla ölkəsindən media nümayəndələrinin məhz Şuşada bir araya gəlməsi təsadüfi deyil. Bu, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə yerində təqdim olunması baxımından olduqca önəmlidir.Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Qarabağ artıq dağıntılar deyil, bərpa, inkişaf və Böyük Qayıdış məkanıdır. Dünyanın aparıcı media nümayəndələrinin bu prosesi öz gözləri ilə görməsi illərlə Azərbaycana qarşı haqsız yerə aparılmış dezinformasiya kampaniyalarının iflasa uğradığını bir daha təsdiqləyir.Ağalar Vəliyev qeyd edib ki, ölkə başçımızın çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi oldu.Yeni infrastruktur, enerji və nəqliyyat layihələri, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı Azərbaycanın Avrasiyanın əsas strateji qovşaqlarından birinə çevrilməsini uğurla təmin edib.Bu gün dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artmaqdadır. Dövlətimizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlər və çoxtərəfli əməkdaşlıq xətti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini birmənalı olaraq möhkəmləndirib.Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri barədə səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. "Bir millət, iki dövlət" prinsipi artıq təkcə mənəvi deyil, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və hərbi müttəfiqlik müstəvisində də özünü tam təsdiqləyib. Reallıq göstərir ki, Şuşa Bəyannaməsi regionun təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevrilib.Ağalar Vəliyev açıqlamasında bildirib ki, Avropa təsisatları ilə bağlı səslənən fikirlər də dövlət başçımızın prinsipial mövqeyinin ifadəsidir. Azərbaycan heç zaman ikili standartları qəbul etməyib və bundan sonra da etməyəcək. Ölkəmizə qarşı qərəzli yanaşmalar, siyasi təzyiq elementləri və ayrı-seçkilik siyasəti heç bir nəticə verməyəcək. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli maraqları bütün beynəlxalq münasibətlərdə əsas prioritet olaraq qalacaq.Prezident İlham Əliyevin ABŞ-la münasibətlər, 907-ci düzəliş və yeni geosiyasi əməkdaşlıq formatları barədə söylədiyi aktual fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir.Bu gün Azərbaycan artıq yardım gözləyən deyil, qlobal enerji təhlükəsizliyinə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa real töhfələr verən bir dövlətə çevrilib.Ağalar Vəliyevin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın "orta güc" kimi qiymətləndirilməsi barədə fikirləri də ölkəmizin son illərdə qazandığı siyasi və iqtisadi nailiyyətlərin məntiqi nəticəsidir. Bu status hər hansı quru bəyanatla deyil, milli maraqları qorumaq, müstəqil siyasət yürütmək, regional proseslərə təsir etmək və sözünün arxasında dayanmaq bacarığı ilə qazanılıb. Azərbaycan beynəlxalq birliyin bütün bu meyarlarına tam cavab verir.Deputat bildirib ki, Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı səsləndirdiyi mesajlar Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirir. Hazırda ölkəmiz qaz ixracının coğrafiyasını genişləndirir, bərpaolunan enerji sahəsində irimiqyaslı layihələr həyata keçirir və gələcək onilliklər üçün enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.Millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyevin müsəlman dünyasında həmrəylik, beynəlxalq dialoq və sülh təşəbbüsləri ilə bağlı çağırışları Azərbaycanın qlobal məsuliyyətini bir daha ortaya qoyur. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 zamanı nümayiş etdirilən liderlik və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi etməsi beynəlxalq etimad qazanmasının bariz nümunəsidir.Azərbaycan Prezidenti İlham Əliyevin Forum çərçivəsində verdiyi mesajlar ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən, regional sabitliyə, qlobal əməkdaşlığa real töhfə verən müstəqil və qətiyyətli dövlət olduğunu bir daha təsdiqlədi.

Digər xəbərlər