PDF Oxu

Siyasət

  • 983

Əlincə kəndində partiya veteranı Novruz Talıbovla görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının Aparat işçilərinin iştirakı ilə rayonun Əlincə kəndində yaşayan rayon təşkilatının veteranı Talıbov Novruz Həsən oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilmişdir.

Rayon təşkilatının sədri Qadir İbrahimov görüşdə qeyd etmişdir ki, N. Talıbov partiya veteranı olmaqla 23 ildir ki, YAP-ın üzvüdür, uzun müddət kənd ərazi partiya təşkilatının sədri olmuş, icra nümayəndəsi işləmiş, rayon təşkilatının tədbirlərində və seçkilərdə fəallıq göstərmiş, Ümummilli Lider Heydər Əliyev siyasi kursuna sadiq qalaraq cənab Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləmiş, müdafiə etmişdir.

Rayon təşkilatının sədri partiya veteran Novruz Talıbov haqqında ətraflı danışmış, xoş sözlərini və arzularını bildirərək yubilyarı yubileyi münasibətilə rayon təşkilatı adından, öz adından, Aparat kollektivi adından təbrik etmişdir.

N.Talıbov rayon təşkilatının fəaliyyətində səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

Yubilyar ona və bütün partiya veteranlarına göstərilən diqqət və qayğıya görə YAP-ın Sədri, cənab Prezidentimiz İlham Əliyevə, YAP Mərkəzi Aparatına, rayon təşkilatına minnətdarlığını bildirmişdir.

Digər xəbərlər