PDF Oxu

Siyasət

  • 466

YAP Sədərək rayon təşkilatında sosial şəbəkə fəalları ilə görüş keçirilib - FOTO

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının inzibati binasında Partiyanın sosial şəbəkə fəalları ilə çay süfrəsi ətrafında görüş keçirilib.

YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyevanın iştirakı ilə baş tutan tədbirdə gənclərin prezident, partiyamızın sədri İlham Əliyev Cənablarının həyata keçirdiyi məqsədli, ardıcıl, düzgün istiqamətlənmiş siyasətinin xalqımızın həyatında rolu və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından bəhs edib. O vurğulayıb ki, Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqla dövlətin və xalqın etimadını tam doğruldublar.
Vüsalə Əliyeva qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq təbliğat işi, xüsusilə sosial media üzərindən daha da gücləndirilməlidir. Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalan hər bir partiya üzvü dövlət siyasətinin fəal təbliğatçısı olmalı, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına öz töhfəsini verməlidir.
Görüşdə gənclərin sosial mediadakı fəaliyyəti, onların ictimai-siyasi fəallığının artırılması və milli maraqların qorunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Sonda könüllü fəallar doğma ailəmiz olan YAP ətrafında sıx birləşərək partiyanın sosial şəbəkələrdə fəaliyyətinin gücləndirilməsində səylə çalışacaqlarına söz vermişlər.

Digər xəbərlər