PDF Oxu

Siyasət

  • 569

Azərbaycan-Slovakiya əlaqələrinin hərəkətverici qüvvəsi - ŞƏRH

image

Azərbaycan və Slovakiya arasında münasibətlərin dinamik inkişafının əsas
hərəkətverici qüvvəsi dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi
iradəsidir. Bakıda imzalanmış "Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə
Bəyannamə" iki ölkə arasındakı bağları rəsmi olaraq ən yüksək müttəfiqlik səviyyəsinə qaldırıb.
Slovakiya Prezidenti Peter Pelleqrinini Şuşada qəbul edən Azərbaycan Prezidenti
İlham Əliyevin rəsmi görüşləri iki ölkənin qlobal və regional məsələlərdə eyni baxışa
sahib olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, Slovakiyanın Bakıdakı
Səfirliyinin NATO-nun Azərbaycandakı əlaqələndirici missiyasını icra etməsi
Bratislava ilə Bakı arasındakı beynəlxalq etimadın bariz nümunəsidir.
Azərbaycan-Slovakiya əlaqələrinin ən humanist və dostluq nümunəsi olan istiqaməti
işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesidir. Slovakiya şirkətləri
Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edir. Bratislavanın bu
prosesə ən böyük töhfəsi Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən
"Ağıllı kənd" layihəsidir. Slovakiyalı mütəxəssislərin müasir şəhərsalma və texnoloji
həllər əsasında qurduğu bu kənd, iki ölkə arasındakı əməkdaşlığın sadəcə kağız
üzərində deyil, Qarabağ torpağında reallığa çevrildiyinin əyani sübutudur.
Şuşada aparılan müzakirələr zamanı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi də
əsas mövzulardan biri olmuşdur. Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi
islahatlar, biznes mühitinin təkmilləşdirilməsi, sənaye parklarının yaradılması və
nəqliyyat-logistika imkanlarının genişləndirilməsi xarici investorlar üçün əlverişli
şərait formalaşdırmışdır. Slovakiya şirkətlərinin Azərbaycan bazarında daha fəal iştirak
etməsi hər iki ölkənin iqtisadi maraqlarına tam uyğundur.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin strateji istiqamətlərindən biri
olaraq qalır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşa çevrilmişdir. Cənub Qaz
Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanın enerji siyasətinin uğurlarını bütün
dünyaya nümayiş etdirir. Hazırda Azərbaycan qazı Avropanın bir çox ölkəsinə ixrac
edilir və bu coğrafiya ildən-ilə genişlənir. Slovakiya da enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirən dövlətlərdən biridir.
Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm
perspektivlər açır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunmuşdur.
Günəş və külək elektrik stansiyalarının tikintisi, alternativ enerji layihələrinin həyata
keçirilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələ təşkil edir. Slovakiyanın
bu sahədəki təcrübəsi gələcək əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hərbi-texniki əməkdaşlıq da prioritet
istiqamətlərdən biridir. Müasir beynəlxalq təhlükəsizlik mühitində dövlətlər arasında
bu sahədə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycan öz milli təhlükəsizliyinin
təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir və tərəfdaş ölkələrlə
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də
Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirlər idi.
Dövlət başçısı qeyd etdi ki, Peter Pelleqrini əvvəlki vəzifələrində – Slovakiya
parlamentinin sədri, Baş nazir və daha sonra Prezident kimi dəfələrlə Azərbaycana səfər etmişdir. Bu ardıcıl təmaslar iki ölkə arasında münasibətlərin təsadüfi deyil, davamlı və strateji xarakter daşıdığını göstərir.

Prezident Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycanda iştirakı da ölkəmizin
beynəlxalq nüfuzunun daha bir göstəricisi olmuşdur. Azərbaycanın qlobal iqlim
gündəliyində fəal rol oynaması, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi
etməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəal fəaliyyəti ölkəmizin dünya
siyasətində artan rolunu bir daha təsdiqləyir.
İqtisadi və siyasi platformalardakı uğurlar humanitar sahəyə də müsbət təsir göstərir.
Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin təşkili istiqamətində atılan addımlar
turizmin inkişafına, biznes mühitinin canlanmasına və tələbə mübadiləsinə güclü təkan
verəcək.
Slovakiya-Azərbaycan münasibətləri bu gün qarşılıqlı hörmət, iqtisadi mənfəət və
strateji hədəflər üzərində yüksəlir. Bakı və Bratislava tərəfindən atılan hər bir addım
göstərir ki, bu dostluq və tərəfdaşlıq uzunmüddətli olmaqla bərabər, hər iki xalqın
rifahına və regional sabitliyə xidmət edir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər