Azərbaycanın Avropada əməkdaşlıq etdiyi ölkələr arasında Slovakiya mühüm yer tutur. Bu münasibətlərin inkişafı iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropada enerji təhlükəsizliyinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regional sabitliyin güclənməsinə də mühüm töhfə verməyə davam edəcək.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində 2026-cı il iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanat iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişaf istiqamətlərini özündə əks etdirən mühüm siyasi sənəd və diplomatik mesaj kimi qiymətləndirilir. Şuşa şəhərinin bu görüş üçün seçilməsi təsadüfi xarakter daşımır. Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan, uzun illər işğal altında qaldıqdan sonra azad edilərək yenidən qurulan Şuşan artıq beynəlxalq tədbirlərin, yüksək səviyyəli dövlət görüşlərinin və mühüm siyasi dialoqların keçirildiyi nüfuzlu məkana çevrilib. Bu fakt Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini, ölkənin suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, siyasi dialoqun daha da intensivləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirdi. Dövlət başçısı qeyd etdi ki, ölkələr arasında qarşılıqlı səfərlər və yüksək səviyyəli təmaslar əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir və tərəflər arasında formalaşmış etibarlı münasibətlər gələcək layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.Slovakiyanın Prezidenti isə bildirdi ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq. Belə bir əminlik də ifadə olundu ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər.Hazırda Bakı və Bratislava arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf edir. Yüksəksəviyyəli siyasi iradə və qarşılıqlı etimad Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Aqşin Hüseynli,
Neftçala rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin direktoru, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri