PDF Oxu

Siyasət

  • 2 534

Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla davam edir - ŞƏRH

image

Azərbaycan və Slovakiya əlaqələri, diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr bu münasibətlərin uğurlu və davamlı inkişaf etdiyini göstərir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Cənab Prezident çıxışında bildirib: "Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər."

Prezident İlham Əliyev çıxışında qeyd edib: "Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar."
Həmçinin cənab Prezident çıxışında vurğulayıb: "Prezidentin səfəri sabah Bakıda davam edəcək. Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır. Onu da bildirməliyəm ki, Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Deyə bilərəm ki, o, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir."

Fazil Rəhmətov

YAP Xaçmaz rayon təşkilatının əməkdaşı

Digər xəbərlər