PDF Oxu

Siyasət

  • 672

Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir

image

Beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının xarici siyasəti və
diplomatiyası, müasir dövrün çağırışlarına cavab verən dinamik xarakter daşımaqla yanaşı, dövlətin varlığının əsası olan milli maraqların qorunması amilinə tabedir. Dövlətin beynəlxalq müstəvidəki fəaliyyəti, postmünaqişə dövrünün yaratdığı yeni reallıqlar çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün təmin olunması məqsədinə yönəlmişdir. Eyni zamanda, rəsmi Bakı tərəfindən yürüdülən xarici siyasi kurs, regionda yeni gərginlik ocaqlarının yaranmasının qarşısını almaq üçün regional təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də transregional enerji və nəqliyyat diplomatiyası vasitəsilə dünya miqyasında sülh və sabitliyin bərqərar edilməsi kimi fundamental prinsiplərə əsaslanır. Müasir mərhələdə bu xarici siyasət xəttinin genişləndirilmiş spektri növbəti strateji istiqamətlər-dən ibarətdir.
Cari ilin 14 iyul tarixində Şuşada Azər-baycan Respublikasının Prezidenti İlham Əliyev ilə Slovakiya Respublikasının Prezidenti Peter Pellegrinin görüşü keçirilmişdir. Bildiyimiz kimi Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli əlaqələrin təməli Slovakiya tərəfindən 24 yanvar 1992-ci ildə ölkəmizin müstəqilliyinin tanınması və 23 noyabr 1993-cü ildə diplomatik münasibətlərin qurulması ilə qoyulmuşdur. Hazırda siyasi, iqtisadi və humanitar sferaları əhatə edən bu əməkdaşlığın inkişafına Azərbaycan xüsusi önəm verir. Tərəflər arasında diplomatik təmsilçilik 24 aprel 2009-cu ildən fəaliyyət göstərən Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu, eləcə də 1 oktyabr 2019-cu ildə açılmış Slovakiyanın Bakıdakı səfirliyi və nəhayət, 14 iyul 2023-cü ildə təsis edilmiş Azərbaycanın Slovakiyadakı səfirliyi vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, prioritetlərini və fəlsəfəsini dəfələrlə ifadə edib Azərbaycan diplomatiyasının nüvəsini dövlət müstəqilliyinin, milli təhlükəsizliyin və
suverenliyin istənilən xarici təhdiddən qorunması təşkil edir. Tarixi Zəfərlə başa çatan İkinci Qarabağ Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazilərində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsi xarici siyasətin də prioritetlərini yeni müstəviyə daşımışdır. Hazırda diplomatiyamızın əsas vəzifəsi əldə olunmuş bu tarixi nailiyyətlərin beynəlxalq hüquqi-siyasi müstəvidə dönməzliyini təmin etmək və postmünaqişə dövrünün reallıqlarını qlobal birliyə qəbul etdirməkdir.

Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasəti-nin mərkəzi hədəfidir. Ölkəmiz Ermənistan ilə münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında normallaşdırılmasının, sülh müqaviləsinin imzalanmasının və delimitasiya prosesinin aktiv tərəfdarı kimi çıxış edir. Regional sabitliyin qorunması üçün kənar qüvvələrin bölgəni geosiyasi rəqabət meydanına çevirmək cəhdlərinin qarşısının alınması diqqət mərkəzində saxlanılır. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qlobal təhlükəsizlik arxitekturasının gücləndirilməsinə töhfə verir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq həyata keçirilir. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədriyyəsi (2019–2023) ölkəmizin beynəlxalq hüququn müdafiəsi və “Qlobal Cənub”un maraqlarının təmsil olunmasında lider dövlət-lərdən birinə çevrildiyini sübut etdi.
Milli maraqların qorunması həm də ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması ilə
birbaşa bağlıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşı olmaqla yanaşı, Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji qovşaq rolunu gücləndirir. Bu layihələr regionda və onun hüdudlarından kənarda qarşılıqlı iqtisadi asılılıq yaradaraq sülhə və siyasi sabitliyə xidmət edir. Müasir Azərbaycan diplomatiyası təkcə regional məsələlərlə məhdudlaşmır, qlobal çağırışlara qarşı mübarizədə də fəal iştirak edir. Bakıda COP29 kimi nüfuzlu qlobal tədbirin yüksək səviyyədə təşkili ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə, “yaşıl enerji”yə keçid və humanitar həmrəylik sahəsində dünya miqyaslı aparıcı aktor olduğunu nümayiş etdirir. Həmçinin multikulturalizm, dözümlülük və dinlərarası dialoqun təşviqi Azərbaycanın yumşaq güc (soft power) siyasətinin ayrılmaz tərkib hissəsidir. Beləliklə, Azərbaycan Respublikasının xarici siyasəti xalqın və dövlətin fundamental təhlükəsizlik maraqlarını qorumaqla yanaşı, beynəlxalq sistemin məsuliyyətli, proqnozlaşdırıla bilən və müstəqil aktoru kimi regionda və dünyada sülhün, ədalətin və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlmişdir.
Yekun olaraq onu qeyd etmək olar ki, Azərbaycan Respublikasının xarici siyasəti xalqın və dövlətin fundamental təhlükəsizlik maraqlarını qorumaqla yanaşı, beynəlxalq sistemin məsuliyyətli, proqnozlaşdırıla bilən və müstəqil aktoru kimi regionda və dünyada sülhün, ədalətin və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlmişdir. Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti Peter Pellegrini ilə verdiyi bəyanatlar, Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və regionda sülhün, sabitliyin təmin olunmasına yönəlmişdir. Görüş həm ikitərəfli münasibətlərin, həm də regional məsələlərin həllində konstruktiv yanaşmanın vacibliyini bir daha təsdiq etmişdir.

Sadıqova Aytən Elman qızı
Nərimanov rayonu, 57 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər