PDF Oxu

Siyasət

  • 1 694

Mətbuat azadlığı prinsipləri - ŞƏRH

image

Söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik əsas göstəricilərdəndir. Birmənlı olaraq, deyə bilərik ki, Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir.Müasir Azərbaycan reallığına baxanda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görürük. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.Ötən əsrin 80-ci illərinin sonlarında baş verən proseslər ölkəmizdə çoxsaylı kütləvi informasiya vasitələrinin yaranmasına səbəb oldu. Yeni mətbuat ənənələri formalaşdı. Azərbaycan dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu prosesləri müasir dövrün çağırışlarına uyğun kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaratdı. 1993-cü ildən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdi.Mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu sahəyə daimi diqqət və qayğısına görə "Jurnalistlərin dostu" adına layiq görülən Ümummilli Lider Heydər Əliyevin müharibə şəraitində yaşayan ölkədə son dərəcə böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etməsi, müxalif mövqeli mətbu orqanlarda ölkə rəhbərliyi haqqında yazılan qeyri-obyektiv, bir çox hallarda isə hətta etik normaları aşan fikirlərə tolerant münasibəti və başqalarına da bu fikirləri aşılaması, jurnalistlərin lazımi məlumatları ilkin mənbədən almasına yaratdığı şərait, tez-tez media nümayəndələri ilə ünsiyyətdə olub onların çoxsaylı suallarına cavabları ilə yaratdığı şəxsi nümunə, qəzetlərin "Azərbaycan" nəşriyyatına yaranmış borcları ilə bağlı problemin həllinə köməyi milli mətbuat tariximizin yeni dövrünün unudulmaz faktları kimi yaddaşlarda qalıb. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir. Mətbuata həssas münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq nümunəsidir. Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq qəbul olunmuş və icraya yönəlmişdir. Mətbuat, jurnalistika zamanın çağırışları ilə nəfəs alan ictimai təsisatdır. Zamanın dinamik dəyişməsi, hər dövrün öz reallıqlarının meydana gəlməsi, təbii ki, mətbuat qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər, mətbuatımız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında bu xüsusda demişdir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Şahin Mənəfov,
Neftçala rayon Statistika idarəsinin direktoru, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədi

Digər xəbərlər