PDF Oxu

Siyasət

  • 630

Şəhid Xəzər Zamanovun doğum gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib

image

21 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatının, Sədərək Rayon Təhsil Şöbəsinin və Sədərək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində şəhid polis serjantı Zamanov Xəzər Azər oğlunun doğum gününə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, Zamanov Xəzər Azər oğlu Çevik Polis Alayında şərəflə xidmət edib və 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Qeyd olunub ki, şəhidlərimizin göstərdikləri igidlik, şücaət və vətənpərvərlik gənc nəslə örnəkdir.
Tədbirdə iştirak edən şəhidin dayısı oğlu yarışın təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb və belə tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Yarışda Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin 28 dərnək üzvü iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən:
Oğlanlar arasında
I yer – İbrahimzadə Anar
II yer – Quluzadə Ayaz
III yer – Məmmədov Yusif
Qızlar arasında
I yer – İsgəndərova Ayşən
II yer – Seyidova Aydan
III yer – Yusifova Zeynəb
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılır, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün örnək olaraq yaşayacaq.

Digər xəbərlər