PDF Oxu

Siyasət

  • 860

Qarşıdakı dövrdə Azərbaycan və Slovakiya arasında siyasi münasibətlər daha da dərinləşəcək

image

Əminik ki, bundan sonra da Azərbaycan ilə Slovakiya arasında dostluq, qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlığa əsaslanan münasibətlər uğurla inkişaf edəcək. Son illər ərzində ölkələrimiz arasında formalaşmış möhkəm siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış əməkdaşlıq sənədləri ikitərəfli əlaqələrin dinamik inkişafının bariz göstəricisidir. Bu möhkəm təməl gələcək əməkdaşlığın daha da genişlənməsi üçün etibarlı zəmin yaradır. İnanırıq ki, qarşıdakı dövrdə Azərbaycan və Slovakiya arasında siyasi münasibətlər daha da dərinləşəcək, parlamentlərarası əlaqələr genişlənəcək, iqtisadi və ticarət əməkdaşlığının həcmi artacaq, investisiya imkanları genişlənəcək, enerji təhlükəsizliyi, nəqliyyat, logistika, yaşıl enerji, rəqəmsal inkişaf, elm, təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə yeni birgə layihələr həyata keçiriləcək. Bu əməkdaşlıq ölkələrimizin iqtisadi inkişafına, xalqlarımızın rifahının yüksəlməsinə və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Azərbaycan ilə Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığı davam etdirəcək, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan mövqelərini bundan sonra da qoruyacaqlar. Qarşılıqlı dəstək və etimada söykənən bu münasibətlər Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına, regionda sülhün, sabitliyin və davamlı tərəqqinin möhkəmlənməsinə öz töhfəsini verməyə davam edəcək.Əminik ki, ortaq maraqlara, səmimi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Azərbaycan–Slovakiya münasibətləri gələcək illərdə də yeni uğurlarla zənginləşəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcək və xalqlarımızın rifahı naminə etibarlı əməkdaşlıq nümunəsi kimi inkişafını davam etdirəcək.

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri

Digər xəbərlər